AZ

Rektor Tibb Universitetində təhsil alan əcnəbilərin sayını açıqladı

BAKI, 7 may. TELEQRAF

"Universitetdə təqribən 7500 tələbə təhsil alır ki, onların 3000-ə yaxını 45 ölkədən olan əcnəbi tələbələrdir ".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli deyib.

“Hazırda 1500-dən çox əməkdaşı olan ATU kollektivində akademiklər, Milli Elmlər Akademiyasının müxbir üzvləri, əməkdar elm xadimləri fəaliyyət göstərir.

Xarici tələbələrin sayına görə universitetimiz ölkədəki ali məktəblər arasında öndə gedir. Bu gün ATU-nun məzunları dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər”,- rektor bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr