ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus daha bir 60 milyon dollarlıq döyüş təyyarəsi "Truman" təyyarə gəmisindən dənizə düşüb.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, bu, bir həftə ərzində dənizdə itən ikinci döyüş təyyarəsi olub. ABŞ buna görə 120 milyon dollar zərər çəkib.
Eyni zamanda, ABŞ prezidenti Donald Trampın atəşkəs elan etməsindən sonra çərşənbə axşamı İranın dəstəklədiyi husilərin "Truman" gəmisinə hücum cəhdi etdiyi bildirilir. Dörd mənbə bu məlumatı təsdiqləyib. Lakin bu iki hadisənin əlaqəsi olub-olmadığı hələlik məlum deyil.
ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri və CENTCOM-dan məsələ ilə bağlı aydınlıq gətirilməsini istəyib.