Aprelin 4-də Nikol Paşinyan Ermənistanda rəsmi səfərdə olan Vyetnam Milli Məclisinin sədri Çxan Tan Manın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyəti Paşinyanla görüşə əliboş gəlməyib. Baş nazirə qadın yaylığı bağışlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Erməni nəşri qeyd edib: “Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edilmiş “Dövlət vəzifəsini tutan şəxsə hədiyyələrin rəsmiləşdirilməsi blankı”na əsasən yaylığın dəyəri 45 312 dram təşkil edib.
O, bambukdan hazırlanıb və dekorativ qutuda gəlib. Bundan əlavə, Man Paşinyana Vyetnam Milli Məclisinin metaldan hazırlanmış binasının 3D modelini hədiyyə edib. Onun qiyməti 45.000 dramdır.
Ehtimal etmək olar ki, qadın yaylığı Anna Akopyan, model isə Paşinyan üçün nəzərdə tutulub, lakin Paşinyanın onların heç birinə ehtiyacı yox idi”.
Telegram kanalımız