Almaniya, Danimarka, Çexiya və Polşa da daxil olmaqla bir çox NATO ölkəsi Ukraynaya böyük miqdarda silah bağışlamaqla öz anbarlarını demək olar ki, boş qoyub.
Bunu siyasi şərhçi Slavomir Bilinski Polşanın “Forsal” nəşri üçün yazdığı məqalədə bildirib.
O qeyd edib ki, Kiyevə yardım göstərilməsi digər NATO ölkələrinə də təsirsiz ötüşməyəcək.
"Onlar artıq bunun üçün çox yüksək "hesab" ödəyiblər"- ekspert qeyd edib.
O, digər siyasi və hərbi eksperlərin də xəbərdarlıqlarını xatırladıb.
“Mütəxəssislər xəbərdarlıq edir ki, əgər qəfil hansısa münaqişə baş verərsə, bir çox NATO ordusu ilk həftələrdə hərbi reaksiyalarında ciddi problemlərlə üzləşəcək”, - Bilinski bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də, sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.
Tural