AZ

Kiyev Moskvada parada zərbə endirsə nə baş verəcək?

Ukrayna prezidenti ofisinin keçmiş müşaviri Aleksiy Aretoviç diqqət çəkən açıqlamalar verib.

O, Telegram kanalında paylaşım edərək yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da Moskvaya mümkün zərbəsi Vladimir Zelenskinin daha əvvəl eyham vurduğu “sülh trekinin” sonu demək olacaq.


Siyasətçi xatırladıb ki, bundan əvvəl Zelenski Ukraynanın “Moskvada 9 may paradında iştirak edənlərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini” bəyan edib.


"Zərbə sülh yolunun sonu demək olacaq", -Arestoviç xəbərdarlıq edib.


Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də,  sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.


Tural

Seçilən
0
12
news365.az

10Mənbələr