Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, avtobusların sayının artması birbaşa olaraq marşrutlar üzrə hərəkət intervalının artması ilə bağlıdır:

“İntevalın uzanması sərnişinlər arasında narahatlıq yaradır. İnsanlar uzun müddət dayanacaqda gözləməyə məcbur qalırlar, bu isə ictimai nəqliyyatdan istifadəni çətinləşdirən əsas amillərdən biridir. Bu problemin həlli üçün ilk növbədə dəyişkən intervala malik avtobusların hərəkət cədvəli optimallaşdırılmalıdır.
İntervalın azaldılması sayəsində nəqliyyat vasitələrinin gecikməsi və dayanacaqda yığılan sərnişin sıxlığının qarşısı alınar. Digər vacib məsələ isə avtobus sürücülərinin iş şəraitinin və hərəkət trayektoriyasının düzgün planlaşdırılmasıdır.
Dispetçerlik sistemi elə qurulmalıdır ki, marşrutlar üzrə ləngimə, dayanmalar və sürücülər arasında iş bölgüsündə ədalətsizlik kimi hallar baş verməsin. Bu kimi amillər avtobus nəqliyyatının daha effektiv və sərnişinlər üçün rahat olmasına töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az