Olaylar.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Bu, İranın tarixində ən mühüm məqamdır. Ümid edirəm ki, onlar düzgün addım atacaqlar. Mən güclü və sülhə əsaslanan bir razılaşma görmək istərdim. Onların nüvə silahı ola bilməz", - deyə Tramp bildirib.
Prezident əlavə edib ki, İranın uğurlu ölkə olmaq üçün hər şeyi - zəngin resursları, böyük potensialı və güclü xalqı var: "Biz istəyirik ki, İran uğurlu dövlət olsun. Biz onların yoluna çıxacaq heç nə etmək istəmirik."
Lakin Tramp bir daha vurğulayıb ki, İranın nüvə silahına sahib olması yolverilməzdir: "Əgər başqa yol seçsələr, bu, çox acınacaqlı olacaq. Biz buna getmək istəmirik, lakin başqa seçimimiz də qalmayacaq."
Bununla yanaşı, Axios portalının müxbiri Barak Ravid sosial şəbəkə X-də yazıb ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff ona Tehranın nüvə proqramı ilə bağlı amerikalı və iranlı rəsmilər arasında 10-11 may tarixlərində dördüncü danışıqlar raundunun keçirilməsinin planlaşdırıldığını bildirib.