AZ

Pakistan 26 mülki vətəndaşın öldüyünü açıqlayıb

BAKI, TurkicWorld

Pakistan ordusu Hindistan zərbələri nəticəsində 26 mülki şəxsin öldüyünü açıqlayıb.

TurkicWorld xəbər verir ki, Pakistan ordusunun yaydığı məlumata əsasən, Hindistanın həyata keçirdiyi son hava zərbələri nəticəsində ölən mülki vətəndaşların sayı 26-ya çatıb. Hadisə regionda gərginliyi bir daha artırıb.

Rəsmi mənbələrə görə, hücumların baş verdiyi ərazidə axtarış-xilasetmə və dəyərləndirmə işləri davam edir. Pakistan tərəfi hadisəyə dair ətraflı açıqlamanın və mümkün cavab tədbirlərinin yaxın zamanda elan ediləcəyini bildirib.

Qeyd edək ki, son günlərdə Hindistan-Pakistan sərhədində qarşılıqlı atəşkəs pozuntuları artmaqdadır. Hindistan tərəfi ötən həftə Pakistan tərəfindən sərhəddə yerləşən hərbi postlarına hücum edildiyini iddia etmiş və cavab tədbiri olaraq hava əməliyyatları həyata keçirmişdi. Pakistan isə bu iddiaları rədd edərək Hindistanın mülki hədəfləri vurduğunu bildirib. Baş verən bu hücum nəticəsində bölgədə vəziyyət daha da gərginləşib.

Seçilən
0
turkic.world

1Mənbələr