Hurriyyet.az xəbər verir ki, Pakistan Hindistanı Kəşmirdəki "Nilum-Celum" hidroelektrik stansiyasına hücum etməkdə ittiham edib.
Bu barədə "Samaa" telekaalı Pakistan ordusunun ictimaiyyətlə əlaqələr idarəsinin baş direktoru Əhməd Şərif Çaudriyə istinadla məlumat verib.
Xəbərdə deyilir: "Hindistan gecə hücumundan sonra "Nilum-Celum" hidroelektrik stansiya layihəsinə zərbə endirərək onu zədələyib".
Hürr Tərcüman