AZ

Vyetnam KİV: "Hanoy və Bakı arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var"

Bu ilin ilk üç ayında Vyetnam və Azərbaycan arasında ticarət dövriyyəsinin məbləği 100 milyon ABŞ dollarını ötüb.

“Report” xəbər verir ki, bu barədə Vyetnamın “Vietnamplus” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin göstəricisindən təxminən iki dəfə çoxdur.

Nəşrin məlumatına görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq davamlı artım nümayiş etdirir: 2022-ci ildə ikitərəfli dövriyyə 702,5 milyon ABŞ dolları təşkil etmişdisə, 2023-cü ildə bu rəqəm təxminən 250 milyon ABŞ dolları, 2024-cü ildə isə təxminən 52 milyon ABŞ dolları olub.

Seçilən
0
1
report.az

2Mənbələr