"Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin rəhbəri Xəyala Mütəllimova Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yeni üzvü olub.
QHT.az xəbər verir ki, Forumun icraçı rəhbəri Ramil İskəndərli tərəfindən Xəyala Mütəllimovaya üzvlük vəsiqəsi təqdim edilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları və gələcək planlar müzakirə olunub. Yeni üzvə fəaliyyətində uğurlar arzulanıb.
Pərvanə Fərhadqızı