AZ

“Rusiyanın hər zaman öz maraqları olub”- POLİTOLOQ

Rusiya kimin dostudur? Bu sual hər zaman verilir. Maraqlıdır ki, Rusiyanın əbədi dostluq siyahısı yoxdur. Siyasətdə belə bir söz var: Dostluq böyük ölkələr üçün maraqlardır. Bu sözü Rusiya üçün də tam yerində demək olar. Rusiya -Azərbaycan münasibətləri ilə bağlı politoloq Arzuman Muradlının da fikirlərini öyrəndik.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, hal- hazırda Rusiya ilə Azərbaycan arasında elə bir ciddi problem yoxdur.

“Rusiyanın qonşularını, hətta ən yaxını hesab edilən Belarusla müəyyən anlaşılmazlıq yaşayıb. Bu Rusiyanın siyasətindən irəli gəlir. Rusiya hər zaman öz imperalist siyasətini kənara qoymaq istəmir və bu səbəbdən bu qalmaqallar yaşanır. Lakin reallıq budur ki, bu günkü gün üçün Rusiya və Azərbaycanın münasibətlərində elə də ciddi bir gərginlik yoxdur. Təyyarə qəzası zamanı bu gərginlik pik həddə çatsa da sonunda mulayimləşmə başladı. Rusiya bir neçə gün öncə Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun ölkəyə buraxılmamasının da səbəbini açıqladı. Bir sözlə vəziyyəti gərginləşdirən heç bir amil yoxdur. Amma “Rusiyaya etibar etmək olarmı?” sualına gəldikdə onu demək olar ki, Rusiya güvəniləsi bir tərəfdaş deyil.  Hər zaman Rusiya öz maraqlarını reallaşdırmaq üçün qarşı tərəflə bağlı xoşagəlməz tədbir görür. Hesab edirəm ki, Rusiyanın aqressiv siyasətinin səbəbi özündədir. Azərbaycan Rusiya ilə əlaqələri hər zaman beynəlxalq hüquq normalarına və qonşuluq prinsiplərinə uyğun qurub, problem qarşı tərəfdən qaynaqlanıb”.- deyə Arzuman Muradlı bildirib.

Seçilən
0
moderator.az

1Mənbələr