AZ

"Yuventus" Vlahoviçlə bağlı yekun qərarını verib

"Yuventus"un hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsində satışa çıxarılacaq.

90deqiqe.Az-ın məlumatına görə, serbiyalı futbolçu artıq "qoca sinyora"nın planlarının bir hissəsi deyil.

Turin klubu artıq gələn il hazırkı müqaviləsi başa çatacaq 25 yaşlı forvardın satılması üzərində işləyir.

Futbolçuya maraq İngiltərə Premyer Liqasının klubları ilə əlaqələndirilir.

Bu mövsüm Vlahoviç "Biankoneri"nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.Transfermarkt portalı Duşan Vlahoviçin transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr