AZ

Pakistan ordusu Hindistanın iki “Rafale” qırıcısını məhv edib

Pakistanın “Samaa” telekanalı ölkə ordusunun Bahavalpur bölgəsində Hindistanın iki “Rafale” qırıcısını vurduğunu bildirib.

Kanalın mənbələrinin məlumatına görə, təyyarələrdən biri Pakistanın hava məkanını pozduqdan sonra məhv edilib.
Telekanal vurulan təyyarənin fotosunu dərc edib, lakin Pakistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik şərh verməyib. “Samaa” mənbəsi bildirib ki, xilasedicilər qırıcı təyyarənin qalıqlarına baxış keçiriblər. Ekipajın tapılıb-tapılmaması hələlik məlum deyil.

Qeyd edək ki, mayın 6-da axşam saatlarında Hindistan Ordusu Pakistandakı doqquz “terror infrastrukturu” obyektinə raket zərbələri endirərək “Sindoor” əməliyyatına başlayıb. Pakistan Müdafiə Nazirliyi 3 nəfərin öldüyünü və 12 nəfərin yaralandığını bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr