Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 33-cü turu ilə bağlı qərarlar verilib.
“Zirə”nin müdafiəçisi Qismət Alıyev “Turan Tovuz”la oyunda, “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov isə “Kəpəz”lə matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 2 oyunluq cəzalanıb, klubları 1500 manat cərimə olunub.
Bundan başqa, “Zirə” ilə görüşdə “Turan Tovuz”un, “Araz-Naxçıvan”la qarşılaşmada isə “Sabah”ın 4 üzvü sarı vərəqə alıb. Buna görə, adıçəkilən klublar hərəyə 700 manat cərimə ödəməli olacaq.