AZ

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

BAKI, 7 may. TELEQRAF

"Bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində yağıntılar tədricən kəsəcək".

Bunu Teleqraf-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Mayın 7-si gündüz saatlarından yağıntılar tədricən kəsəcək. 8-dən əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gündüz saatlarında şimal və qərb rayonlarında yağıntı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayın 9-dan əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunasa da lakin gündüz saatlarında şimal və qərb rayonlarında yağıntı olacaq, şimşək çaxacaq.

Havanın temperaturu Aran rayonlarında yaxın günlər ərzində 25-30 dərəcəyə qədər yüksələcək”.

Gülşad Məmmədova Bakıda və Abşeron yarımadasında mayın 8-i və 9-da havanın yağmursuz keçəcəyini söyləyib:

“Mülayim cənub küləyi əsəcək. Havanın temperatur günorta saatlarında 24-29 dərəcə isti olacaq. Yaxın iki gün ərzində havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələrək günorta saatlarında Bakıda və Abşeron yarımadasında 24-29, Aran rayonlarında 26-30, dağlıq rayonlarında isə 15-20 dərəcə isti olacaq”.

Seçilən
0
teleqraf.com

1Mənbələr