AZ

Hindistan 25 dəqiqəyə Pakistan ərazisinə 24 raket atıb

Hindistan Silahlı Qüvvələri Pakistan ərazisindəki hədəflərə qarşı gecə saatlarında həyata keçirilən hücum zamanı 25 dəqiqə ərzində müxtəlif növ 24 raket atıb.

Far.Az xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb. 

Məlumata görə, hücum zamanı həm qısa, həm də orta mənzilli raketlərdən istifadə olunub. 

Qeyd edək ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki obyektlərinə hücumlar həyata keçirib, nəticədə azı 26 nəfər həyatını itirib, 46 nəfər isə xəsarət alıb. 

Seçilən
0
1
far.az

2Mənbələr