AZ

Bakı metrosunda nə baş verir? - Sərnişinlər vaqonlardan düşürüldülər

Bakı Metropoliteninin bəzi stansiyalarında sərnişinlər qatarlardan düşürülüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sərnişinin sözlərinə görə, mindiyi 3 qatardan da qeyri-müəyyən səbəbdən düşürülüb:

"Bütün sərnişinlər düşürülürdü. Proses metronun "Ulduz" və "Neftçilər" stansiyalarında təkrarlandı".  

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. 

Qurumdan BAKU.WS-ə bildirildi ki, Bakı Metropoliteninin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil:

"Bir sıra stansiyalarda sıxlığı səbəbilə tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır", - deyə məlumatda qeyd olunub.

Seçilən
0
far.az

1Mənbələr