Çin iqtisadiyyatı canlandırmaq üçün yeni addım atıb.
İndex.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) ABŞ-la ikitərəfli tarif artımları səbəbindən artan ticarət gərginliyi fonunda iqtisadiyyatın və maliyyə bazarlarının sabitliyini təmin etmək üçün pul siyasəti tədbirləri açıqlayıb.
Belə ki, PBOC yeddi günlük tərs repo əməliyyatları üçün uçot dərəcəsini və ya etalon uçot dərəcəsini mayın 8-dən etibarən 10 baza bəndi azaldıb 1,40%-ə endirəcək.
Digər uçot dərəcələri də bu əsas dərəcəyə uyğun olaraq azaldılacaq.