İsrailin Qəzza zolağında davamlı hava hücumları nəticəsində Qəzzanın mərkəzində yerləşən əl-Bureyc qaçqın düşərgəsində məcburi köçkünlər üçün məktəbi bombalaması da daxil olmaqla, bir gündə 66 fələstinli həlak olub. Vətəninfo.az xəbər verir ki , bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyi anklavdakı bütün xəstəxanaların yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandıracağı ilə bağlı xəbərdarlıq edib.
Əl-Qəssam Briqadalarının üzvləri Xan Yunisin şərqində mina sahəsini partlatdıqlarını və ərazini minaatan mərmiləri ilə atəşə tutduqlarını, nəticədə İsrail tərəfində ölən və yaralananlar olduğunu açıqlayıblar.
Qətər və Misir birgə bəyanatda Qəzza zolağında vasitəçilik səylərinin davamlı və ardıcıl olduğunu təsdiqləyiblər. Girovların azad edilməsində mühüm müsbət irəliləyişin əldə olunduğu barədə də məlumatlar var.
İsrail Qəzza zolağında 7 oktyabr 2023-cü il tarixində başlayan hərbi əməliyyatlarını davam etdirir.Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya qarşı apardığı müharibə nəticəsində 52 min 615 fələstinli həlak olub, 118 min 752 nəfər isə yaralanıb.
Fələstinin HƏMAS hərəkatının yaraqlılarının 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın əsir götürülməsi ilə nəticələnən işğalına cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayıb.