AZ

Avroliqada “dördlər finalı”nın təqvimi açıqlanıb

Bakı, 7 may, AZƏRTAC

Basketbol üzrə Avroliqanın “dördlər finalı”nda keçiriləcək oyunların təqvimi bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin hər iki matçı mayın 23-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək.

Bu raundda Yunanıstan təmsilçiləri “Panatinaikos” və “Olimpiakos”, müvafiq olaraq, Türkiyənin “Fənərbağça” və Fransanın “Monako” komandaları ilə qarşılaşacaq.

Final və üçüncü yer uğrunda görüşlər isə mayın 25-də oynanılacaq.

“Fənərbağça” ötən il də “dördlər finalı”nda “Panatinaikos”la üz-üzə gəlmişdi. Həmin qarşılaşmada Yunanıstan klubu qələbə qazanaraq finala yüksəlmişdi.

Qeyd edək ki, turnirin yarımfinal və final oyunları ilk dəfə olaraq Avropadan kənarda reallaşacaq.

Seçilən
0
azertag.az

1Mənbələr