AZ

Taksidən istifadə edən sərnişinlərin sayı 3 milyondan çox azaldı

BAKI, 7 may. TELEQRAF

Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda 90 milyon 828,9 min sərnişin taksidən istifadə edib.

Bu, 2023-cü illə müqayisədə 3,5 faiz azdır.

2023-cü ildə 94 milyon 123,2 min nəfər sərnişin taksidən istifadə etmişdi.

Sərnişinlərin 56,9 faizi (51 milyon 679,9 min nəfər) fiziki şəxslərə məxsus taksilərdən istifadə edib ki, onların da sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr