AZ

İstanbul Polis İdarəsinin “İmamoğlu sui-qəsdi”ilə bağlı açıqlaması


İstanbul Polis İdarəsi CHP sədri Özgür Özəl tərəfindən gündəmə gətirilən "Əkrəm İmamoğluna sui-qəsd" iddiaları ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada sözügedən xəbərin prosedura uyğun qiymətləndirildiyi, lakin bunun konkret sübutlara söykənmədiyi və sırf xəbəri verən şəxsin şəxsi fikirlərinə əsaslandığı bildirilib. Polisdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında edilən hesabat Fatih Rayon Polis İdarəsi Təhlükəsizlik Büro Komandiri tərəfindən araşdırılıb. Məlumatı verən şəxsin 2004-cü ildə “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzasına məhkum edilən və 2020-ci ildə azadlığa buraxılan Səlcuq Tenqioğlu olduğu müəyyən edilib.
Bildirilib ki, Tenqioğlu görüş zamanı Əkrəm İmamoğlunu təqdir etdiyini, bələdiyyədən kömək aldığını və millətçi dairələrin ona zərər verə biləcəyindən narahat olduğunu bildirib. Həmçinin bildirilib ki, sözügedən fikirlərin həbsdə olduğu müddətdə kamerada apardığı söhbətlərdən qaynaqlandığı və heç bir konkret sübuta söykənmədiyi məlum olub.İstanbul Polis İdarəsi bildirib ki, bələdiyyə rəsmiləri də məsələ ilə bağlı heç bir qanuni müraciət etməyəcəklərini və yalnız öz təhlükəsizlik işçiləri ilə görüşəcəklərini bildiriblər. Açıqlamada bildirilr ki, "Sözügedən hesabat prosedura uyğun olaraq qiymətləndirilib və hesabatın konkret sübutlara əsaslanmadığı və yalnız şəxsi rəylərə əsaslandığı anlaşılıb ".

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr