AZ

ABŞ Prezidenti Tramp: “Çox böyük bir açıqlama verəcəyik, bu, uzun illərin ən vacib açıqlaması olacaq”

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu öncəsi böyük bir açıqlama verəcəyini bildirib.

Editor.az bu barədə ABŞ mətbuatına istinadla xəbər verir.

“Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə gedəcəyik və bundan əvvəl çox, çox böyük bir açıqlama verəcəyik. Bunun nə olduğunu söyləməyəcəyəm, amma çox müsbət olacaq. Çox əhəmiyyətli bir mövzuda uzun illərdən sonra edilən ən əhəmiyyətli açıqlamalardan biri olacaq”,- deyə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşündə mətbuatın suallarını cavablandırarkən belə deyib.

Tramp həftənin əvvəlində yaxınlaşan Yaxın Şərq turunu dəyərləndirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr