AZ

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat işlərini gücləndirir

ABŞ prezident Donald Trampın Qrenlandiyanı ilhaq etmək planları fonunda Danimarka adasında kəşfiyyat məlumatlarının toplanması səylərini gücləndirib.

Editor.az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.

Hesabatda bildirilir ki, keçən həftə Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın başçılıq etdiyi bir neçə yüksək vəzifəli məmur ABŞ kəşfiyyat agentliklərinə “Qrenlandiyada müstəqillik hərəkatı və Amerikanın adada təbii sərvətlərin çıxarılmasına münasibəti haqqında daha çox məlumat əldə etməyi” tapşırıb.

Qeyd edilib ki, peykləri, söhbətləri dinləmək qabiliyyəti və “yerdəki casusları” olan kəşfiyyat orqanlarına ABŞ-ın adadakı məqsədlərinə dəstək verən Qrenlandiya və Danimarkadakı şəxsləri müəyyən etmək tapşırılıb.

Tramp əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazım olduğunu bildirib. O, adanın milli təhlükəsizlik və “azad dünyanın” Çin və Rusiyaya qarşı müdafiəsi baxımından strateji əhəmiyyətini vurğulayıb. Qrenlandiyanın keçmiş baş naziri Mute Egede də adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib. Lakin Tramp Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyəcəyinə dair söz verməkdən imtina edib

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr