AZ

Roma Papası olmağa kim daha şanslıdır? - bukmekerlər filippinli Luis Taqleni işarə edir...


Məlum olduğu kimi, 266-cı Roma Papası Fransisk (Xorxe Mario Berqolyo) aprelin 21-də 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun vəfatından sonra bu postu tutmağa namizəd şəxslərin adları açıqlanıb. Bunlar iki italiyalı din xadimi - Pyetro Parolinlə Mateo Dzuppi və filippinli Luis Taqledir. Hər üç şəxsin geniş ictimaiyyət tərəfindən tanınmadığı bildirilir.
Vatikanın elan etdiyi doqquz günlük matəmə baxmayaraq, xüsusən ABŞ və Britaniya mediasında, eyni zamanda, sosial şəbəkələrdə növbəti pontifikin şəxsiyyəti ətrafında müzakirələr davam edir. Polşalı bukmekerlərin fikrincə, yeni Roma Papası olmaq üçün Filippindən olan kardinal Luis Antonio Tagle (67 yaş) daha çox şansa malikdir. O, Asiyada Roma katolik kilsəsinin mütərəqqi qanadının nümayəndəsi sayılır.

Mətləb

Seçilən
0
baki-xeber.com

1Mənbələr