ABŞ Fars körfəzinin adını Ərəbistan körfəzi adlandıracaq.
Missiya.Az “Associated Press”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı açıqlamağı planlaşdırır.
Bildirilib ki, ərəb ölkələri İranın cənub sahillərində bir su hövzəsinin coğrafi adının dəyişdirilməsində israr ediblər.
“Tramp ABŞ-nin məqsədləri üçün Fars körfəzinin adını dəyişə bilər, lakin o, dünyanın qalan hissəsinin bunu necə adlandıracağını diktə edə bilməz”, - deyə vurğulanıb.
Qeyd edək ki, Ağ Ev rəhbəri gələn həftə Səudiyyə Ərəbistanı ilə yanaşı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər etməyi planlaşdırır.
Daşqın HəsənovMissiay.Az