AZ

Bakıda taksi sürücüsü sərnişin qıza əxlaqsız təkliflər etdi – TƏFƏRRÜAT

BAKI, 7 may. TELEQRAF

Bakının Xətai rayonunda taksi sürücüsü sərnişin qıza əxlaqsız hərəkətlər edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Bəhram Vəliyev (ad-soyad şərti verilib – red.) taksi fəaliyyəti məşğul olduğu avtomobilə bir qızı sərnişin qismində götürüb.

Bu zaman o, avtomobildə qıza əxlaqsız hərəkətlər edib. Qız bu olayla bağlı hüquq-mühafizə orqanına şikayət edib.

Onun şikayəti əsasında Bəhram Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Bəhramın sözlərinə görə, Tbilisi prospektindən Əhmədli qəsəbəsinə sürücüsü olduğu “Yango” taksi sifariş etmiş xanım maşına ön oturacağa əyləşib və telefonunda videolara baxarkən bildirdiyi fikirlərə o da müdaxilə edib və əli ilə qıza toxunub. O, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən qızın sözlərinə görə, “Yango” taksi sifariş edib: “Avtomobilə əyləşəndən bir az sonra sürücü yüngül şəkildə qoluma və bədənimə əli ilə toxunaraq əxlaqsız sözlər deməyə başladı. Ona xəbərdarlıq etsəm də, o bu hərəkətlərinə davam edərək mənə qarşı nalayiq sözlər və intim ifadələr işlətdi. Daha sonra maşını saxladıraraq düşdüm”.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəhram Vəliyev 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr