Pakistanın baş naziri xalqa müraciət EDƏCƏK - SƏBƏB
Ajans.az xəbər verir ki, iclas milli təhlükəsizlik məsələlərinə həsr olunub. Pakistan Xarici İşlər Nazirliyi Hindistanın müvəqqəti işlər vəkilini son hərbi əməliyyata etiraz etmək üçün çağırıb. Departament bəyan edib ki, Hindistanın hərəkətləri Pakistanın suverenliyini pozur və təcavüz aktıdır. Səlahiyyətlilər bildiriblər ki, hazırda ölkədə milli təhlükəsizlik qrupunun iclası keçirilir. Yerli Samaa telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, bundan əvvəl Pakistan Hindistan silahlı qüvvələrinin hücumlarından sonra cavab tədbirləri görməyə başlayıb.