AZ

Hindistan 25 dəqiqə ərzində Pakistan hədəflərinə 24 raket atıb

Hindistan Silahlı Qüvvələri Sindoor əməliyyatı çərçivəsində Pakistanda 9 hədəfə 24 raket zərbəsi endirib, 70 terrorçu məhv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NDTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum nəticəsində 70-dən çox terrorçu öldürülüb, 60-dan çox insan yaralanıb. Hücumlar qurudan və havadan atılan raketlərlə həyata keçirilib.

"Dronlarla real vaxt rejimində aparılan monitorinqlər hədəfin minimum mülki itki ilə məhv edildiyini təsdiqləyib", - hökumət mənbələri bildirib.

Seçilən
0
operativmm.az

1Mənbələr