Ajans.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb. Qeyd olunur ki, Kuznetsov bir neçə həftə əvvəl iş üçün xaricə gedib. “Onun dostları narahat oldular və mənə zəng etdilər. İqor aprelin 13-də saat 17:00-da əlaqəni dayandırdı. Biz boşandığımız vaxtdan sonra 2 il ünsiyyət qurmamışıq”, - deyə sənətçi bildirib. “İqor hazırda Fransada axtarılır, dalğıclar onu axtarır, fotoşəkilləri yerləşdirilib. Ailəsi və dostları ilə əlaqə saxlayırıq və narahatıq”, - müğənni paylaşım edib. Nəşrin məlumatına görə, Kuznetsovun ətrafı onun boğulduğunu ehtimal edir.