Deputat Vüqar Bayramov bildirib ki, pensiya kapitalından istifadə məsələsi hazırda ən çox müzakirə olunan mövzulardandır.
QHT.az xəbər verir ki, deputatın sözlərinə görə, Azərbaycanda vəfat etmiş şəxsin pensiya kapitalından bəzi hallarda ailə üzvlərinin yararlanması qanunvericiliklə nəzərdə tutulub:
"Əmək pensiyası haqqında Qanuna əsasən, ailə başçısını itirən 18 yaşına çatmamış və ya əlilliyi olan övladlar, eləcə də yaşlı və ya əlilliyi müəyyən olunmuş valideynlər və ailə üzvləri bu hüquqdan faydalana bilər. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən isə, istifadə olunmamış pensiya kapitalı da əmək pensiyasının hesablanmasında nəzərə alınacaq".
Pərvanə Fərhadqızı