AZ

Siyahı təsdiqləndi

“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.

 

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, eyni zamanda “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı” təsdiq edilib.

 

Həmçinin “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı” və "Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı” təsdiq edilib.

 

Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirilməsi tapşırılıb.

 

Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin SİYAHISI

Tarix: 7 May 2025, 11:06   
Seçilən
0
pravda.az

1Mənbələr