Katolik Kilsəsinin yeni lideri tarixdəki ən izdihamlı və qeyri-müəyyən konklav tərəfindən seçiləcək. Vatikanın taleyini Sikstin kapellasının bacasından qalxan tüstü elan edəcək.
Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisin vəfatından sonra dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsində bütün gözlər növbəti Papanın kimin olacağına çevrilib.
Katolik Kilsəsinin 267-ci Papasını təyin etmək üçün keçirilən tarixi Konklavda İtaliyada seçkiyə qatılmaq hüququ olan 80 yaşdan aşağı 133 kardinal bir araya gəldi.
***
Səsvermənin ilk iclası Sikstin kapellasında yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 16:30) başlayacaq.
Kardinallar xristian ilahilərinin müşayiəti ilə Sikstin kapellasında gizlilik andı içəcəklər.
Daha sonra latınca “işi olmayanlar getsin” mənasını verən “Extra Omnes” əmri veriləcək və kardinallar xarici dünya ilə bütün əlaqəni kəsəcəklər.
***
Məlumdur ki, Papa Fransis dövründə vəzifəyə gələn bir çox kardinallar islahatçı xətti qəbul ediblər. Kilsənin ənənəvi dövrünə qayıtmasını istəyən və dəyişiklikləri geri qaytarmaq istəyən xeyli sayda seçici qrupu da var.
Bu səbəbdən “ən qeyri-müəyyən konklav” olaraq xarakterizə edilən seçkinin kilsə tarixində iz qoyması gözlənilir.
***
Konklavı işıqlandırmaq üçün 5300-dən çox jurnalist İtaliyaya axışıb. Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində kapellanın yaxınlığında elektron siqnal tıxacları da yerləşdirilib.
Sikstin kapellasının bacasından çıxan tüstünün rəngi katoliklər tərəfindən yaxından izləniləcək: Qara tüstü heç bir nəticəyə gəlinmədiyini, ağ tüstü isə yeni Papanın seçildiyini göstərir.