AZ

Azərbaycan və Vyetnam əməkdaşlıq üfüqlərini genişləndirir – To Lamanın Bakıya səfəri ərəfəsində

Bakı. Trend:

Coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Azərbaycan və Vyetnampraqmatik yanaşmaya və əsas sahələrdəki ümumi maraqlara söykənərəkdayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurmaqdadır.

Bu gün Azərbaycan ölkədə rəsmi səfərdə olan yüksək səviyyəliqonağı – Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin başkatibi To Lamanı qəbul edəcək. Son illərdə ilk dəfə belə yüksəksəviyyədə olan bu səfər Bakı ilə Hanoy arasında ikitərəfliəməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət qatır. O, təkcəsiyasi dialoqun rəmzi olmayacaq, həm də tərəfdaşlığın bundan sonradaha da genişləndirilməsi istiqamətində atılmış konkret addımolacaq.

İki ölkə arasında əməkdaşlıq son illər ərzində nəzərçarpacaqdərəcədə aktivləşib: ticarət dövriyəsinin həcmi artır, neft-qazsahəsində əlaqələr inkişaf edir, kiçik və orta biznesin qarşılıqlıəlaqəsi üçün platformalar yaradılır. Paralel olaraq mədəni dialoqmöhkəmlənir və nəqliyyat və logistika sferasında, ələlxüsus da,Azərbaycanın tranzit qovşaq olaraq artan əhəmiyyəti fonunda – yeniperspektivlər açılır.

Qlobal iqtisadi sistemin dəyişdiyi və bir çox ölkələrin xariciiqtisadi əlaqələrini şaxələndirməyə çalışdığı şəraitdə, VyetnamınAzərbaycanla əməkdaşlığa marağı tamamilə məntiqli görünür. Bakıdakeçiriləcək danışıqlar daha strukturlaşdırılmış, strateji vəuzunmüddətli nəticələrə yönəlmiş tərəfdaşlığa keçid üçün başlanğıcnöqtəsi ola bilər.

Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq sabit müsbətdinamika nümayiş etdirməkdədir. 2025-ci ilin ilk üç ayındaikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollar təşkiledib. Bunun 91,8 milyon dolları məhz Azərbaycandan Vyetnama ixracolunan xam neftin payına düşür (xam neft Azərbaycanın ixrac etdiyiəsas məhsul olub). Azərbaycana idxal isə 35,4 milyon dollar olub.Müqayisə üçün 2024-cü il ərzində iki ölkə arasında ticarətəməliyyatlarının ümumi həcmi 223,9 milyon dollar təşkil edib ki, buda iqtisadi əlaqələrin davamlı artımını göstərir.

İşgüzar münasibətlərin inkişafında mühüm addımlardan biri də2024-cü ildə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) ilə Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasındasazişlərin bağlanması olub. Bu addım iki ölkənin sahibkarlarıarasında birbaşa əlaqələrin möhkəmləndirilməsinə və birgə layihələrüçün platformaların yaradılmasına yönəlib.

Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsasdayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki,Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cüildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixracolunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neftalışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeritutub.

SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – “PetroVietnam”və “Vietsovpetro” arasında yataqların kəşfiyyatı, neft tədarükü vəemalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir.2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş və2018-ci ildə birgə müəssisələrin yaradılması barədə qəbul olunmuşqərar bu istiqamətdə mühüm mərhələlər hesab olunur.

Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də SOCAR Tradingşirkətinin 2020-ci ildə BSR ilə bağladığı müqavilələrdir. Bumüqavilələr çərçivəsində “Dung Quat” Neft Emalı Zavoduna beş milyonbarrel “Azeri Light” nefti tədarük olunub. Bu, Vyetnamın xam neftidxalına tətbiq etdiyi rüsumu ləğv etməsindən sonra mümkün olub vəAzərbaycan neftinə yeni ixrac imkanları açıb.

Azərbaycanın geostrateji mövqeyini və Orta Dəhliz (Trans-Xəzərbeynəlxalq nəqliyyat marşrutu) çərçivəsində multimodalinfrastrukturun inkişafını nəzərə alaraq, Vyetnam öz məhsullarınınAvropa bazarlarına çatdırılması üçün Azərbaycanın tranzitpotensialından istifadədə maraqlıdır.

Azərbaycan sayəsində Orta Dəhliz davamlı inkişaf əldə edib: ölkədəniz limanlarının, dəmir yollarının və logistika mərkəzlərininmüasirləşdirilməsinə investisiya qoyub. Müasir Bakı BeynəlxalqDəniz Ticarət Limanına və inkişaf etmiş dəmir yolu infrastrukturunamalik olan Azərbaycan Avrasiya məkanında əsas logistik mərkəzəçevrilib. Bütün bunlar Azərbaycanın qlobal tədarük zəncirlərindəmühüm halqaya çevrilməsini təmin edir və vyetnamlı ixracatçılaraCənubi Çin dənizi və Suveyş kanalı kimi ənənəvi, daha uzun yollarıkeçmədən yeni marşrutlar təklif edir.

İqtisadiyyat və energetika ilə yanaşı, humanitar və mədəniəlaqələr də ikitərəfli münasibətlərdə getdikcə daha mühüm roloynayır. Vyetnamda Azərbaycan tarixi və mədəniyyətini öyrənməmərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələringenişlənməsinə dəstək verən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətifəaliyyət göstərir.

2018-ci ildən etibarən Azərbaycan vətəndaşları 30 gün müddətinəelektron vizadan istifadə etməklə Vyetnama səfər edə bilirlər.2019-cu ildə isə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası iləKuanqnam əyalətinin hakimiyyəti arasında Anlaşma Memorandumuimzalanıb. Bu sənəd turizm mübadiləsinin aktivləşdirilməsinə vəqonaqpərvərlik sahəsində birgə layihələrin inkişafına yönəlib.Azərbaycan və Vyetnam həmçinin, təhsil sahəsində əməkdaşlığa maraqgöstərirlər ki, bu da tələbə və elmi kadr mübadiləsi üçün imkanlaryaradır.

Azərbaycan və Vyetnam arasında münasibətlər ardıcıl şəkildəinkişaf edir, enerji, ticarət, nəqliyyat və mədəniyyət kimi əsassahələri əhatə edir. To Lamın Bakıya səfəri ikitərəfli dialoqdamühüm mərhələ olacaq və tərəfdaşlığın dərinləşdirilməsinəqarşılıqlı marağı nümayiş etdirəcək.

Bir tərəfdə inkişaf edən sənaye potensialına malik Vyetnam,digər tərəfdə isə strateji yerləşmə və yüksək logistika və enerjipotensialı ilə seçilən Azərbaycan. Bu, bir-birini tamamlayanüstünlüklər - iki ölkə arasında hər iki xalqın maraqlarına cavabverən əməkdaşlığın yeni mərhələsinə möhkəm zəmin yaradır.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr