AZ

Danışıqlar bu həftə başlayacaq

ABŞ və Çin rəsmiləri tarif danışıqları üçün İsveçrədə görüşəcək. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ və Çin iki ölkə arasında rüsumların artırılması ilə əlaqədar artan ticarət gərginliyini həll etmək üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. ABŞ maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qririn bu həftə İsveçrədə Çin rəsmiləri ilə görüşəcəyi ilə bağlı açıqlamadan sonra Çin tərəfi də Baş nazirin iqtisadi məsələlər üzrə müavini He Lifinqin ABŞ rəsmiləri ilə görüşəcəyini təsdiqləyib. 

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Baş nazirin müavini Henin 9-12 may tarixlərində İsveçrəyə səfər edəcəyi və orada danışıqlar aparacağı bildirilib. 

Çin-ABŞ iqtisadi və ticarət əlaqələrindən məsul əsas məsul olan Baş nazirin müavini Henin bu mövzuda ABŞ-nin əsas rəsmisi olan maliyyə naziri Bessent ilə görüşəcəyi bildirilir. Çin Ticarət Nazirliyindən verilən açıqlamada Henın danışıqlarda Çin tərəfinə rəhbərlik edəcəyi qeyd edilib. 

Danışıqlar aprel ayında iki ölkə arasında başlayan “tarif müharibə”sindən sonra bu məsələ ilə bağlı ilk olacaq. Aprelin 2-də ABŞ Prezidenti Donald Tramp “qarşılıqlı tariflər” çərçivəsində Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.

Çinin cavabı ilə başlayan iki ölkə arasında tarif hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini 145 faizə qaldırıb, Çin isə ABŞ-yə 125 faiz gömrük tarifi tətbiq edib. Vaşinqton administrasiyası digər ölkələrə əlavə tarifləri 90 gün təxirə salarkən, Çinə tətbiq edilən tariflər qüvvəyə minib. 

Seçilən
0
cebheinfo.az

1Mənbələr