“Prens”in prodüser şirkəti MGX yapım ilə “Max” arasında gərginlik yaşanıb.
OLAY yazır ki, buna səbəb serialın 3-cü sezon qalası olub.
Belə ki, “Max” qalaya sayılı qonağın iştirakını nəzərdə tutsa da, şirkət layihədə əməyi olan bütün işçilərin yer almasını istəyib.
Azərbaycanlı prodüser Müşviq Quluzadənin adından heyətə göndərilən mesajda qeyd olunub ki, şirkət rəhbərliyi qalada yer almayacaq.
Buna baxmayaraq aktyorların iştirakına qarışılmayacaq.
Serialın baş rolu Giray Altınok isə “Bütün əziyyəti keçən əməkdaşlarımızı qalada görmək istəyərik” deyərək getməyəcəklərini bildirib.