Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib.
"Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq",-deyə qeyd olunub.
Qeyd edək ki, Kəşmirdə artan gərginlik fonunda mayın 6-sı axşam saatlarında Hindistan “Sindoor” hərbi əməliyyatına başladığını elan edib. Əməliyyat çərçivəsində Pakistanın üç şəhərinə raket zərbələri endirilib, nəticədə çox sayda dinc sakin həyatını itirib. Pakistan isə buna cavab olaraq Hindistan hərbi infrastrukturuna zərbələr endirib.
Bizim.Media