AZ

Dünyanı gözləyən yeni təhlükə: Göbələk xəstəliyi

Tədqiqatın nəticəsi göstərir ki,"Aspergillus fumigatus"("Tüstülü aspergill") adlı zəhərli göbələyin əmələ gətirdiyi infeksiya(mikoz)insan orqanizmində ciddi tənəffüs sistemi xəstəliklərinə gətirib çıxarır. Mütəxəssislərin fikrincə, qlobal istiləşmənin səviyyəsi artdıqca bu infeksiyanın Afrika və Cənubi Amerikadan Avropa və Asiyaya yayılması mümkündür.

(Mançester Universitetinin göbələk infeksiyaları tədqiqat qrupunun rəhbəri Norman van Reyn)

"Göbələk xəstəliyinin müalicəsi müşküldür. Dərhal lazımi ehtiyat tədbirləri görülməlidir",- tədqiqatı aparan qrupun rəhbəri, gənc alim Norman van Reyn deyir.

Hesablamalara görə, ölümcül "Tüstülü aspergill" göbələyinin yayılma sahəsi qlobal istiləşmə ilə bərabər 2100-cü ilədək 77% arta bilər. Bu o dem'kdir ki, təkcə Avropada 9 milyona yaxın insan mümkün təhlükə ilə üz-üzədir. Xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən immun sistemi zəif insanlar xüsusi risk qrupundadırlar.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr