Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistanİslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlınarahatlığını bildirir.
Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümüvə yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistanxalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığıverir və yaralananların tezliklə sağalmasını arzu edirik.
Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatikyollarla həll etməyə çağırırıq.