Hindistan Pakistanda hava hücumlarının hədəflərini AÇIQLADI
Ajans.az xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” nəşri məlumat yayıb. “Doqquz düşərgə hədəfə alınıb və tamamilə məhv edilib”, - deyə, nəşr bildirib. Xüsusilə Pakistanda və Kəşmirin Pakistanın nəzarətində olan hissəsində terrorçuların düşərgələri vurulub. Bu obyektlər Müzəffərabad, Bahavalpur, Kotli, Sialkot və digər əhalinin məskunlaşdığı ərazilərdə yerləşir.