Məsciddə “Traktor” rəsmilərinə ünvanlanmış yeddi abzaslıq məktub yayıldığına görə klub sahiblərinə təşəkkür olunub. Məsciddə danışılanları təqdim edirik:
“Traktor”, sadəcə, idman kompleksi deyil, İran və İslam dünyasının mədəniyyət və ənənələrini təbliğ edən mədəniyyət müəssisəsidi. “Traktor” premyer-liqada çox yüksək səviyyəli oyun nümayiş etdirir, çempion titulunu qazanmağa hazırlaşır. Bu komanda bacarıqlı məşqçilərə, fanatik oyunçularına arxalanan, çempion komandanın rəmzidi. “Traktor”un azarkeşləri və menecerləri ayıq-sayıq olmalı, bəzi şəxslərin komandanı zəiflətməsinə imkan verməməlidi. Klubun çempionluğu, Asiya yarışlarında İran İslam Respublikasının nümayəndəsi kimi iştirakı bütün İran xalqı üçün şərəfdi. Millətçilərin bu uğuru adlarına mənimsəməsinə imkan verilməməlidi. Bu gün idman yarışlarının keçirilməsinə təminatlı olmağımız əziz şəhidlərimizin fədəkarlığı sayəsindədi. Azərbaycan həmişə İslam əxlaqı ilə məşhur olub. Bəzi xoşagəlməz davranışların milli qürurumuza ləkə gətirməsinə imkan verməməliyik”.
MÜZƏFFƏR QULUZADƏ