AZ

Dünya liderləri Hindistanın Pakistandakı hədəflərə endirdiyi zərbələrə reaksiya verib

Hindistan aprelin 22-də Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq mayın 7-də səhər saatlarında Pakistandakı hədəflərə zərbələr endirib. Pakistan qisas aldı. Müxtəlif dünya liderləri bu hadisələrə reaksiya verdilər. Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp baş verənlərdən təəssüfləndiyini bildirib və hər şeyin “çox tez bitəcəyinə” ümid etdiyini bildirib. 

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton həm Hindistan, həm də Pakistan rəhbərliyi ilə sülh yolu ilə həll yolu tapmaq üçün çalışacaq.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hindistanın Pakistandakı hərbi əməliyyatını “təəssüf doğuran” adlandırıb və hər iki ölkəni “təmkinli olmağa, sülh və sabitliyə üstünlük verməyə” çağırıb.

BMT baş katibinin sözçüsü bildirib ki, Antonio Quterreş Hindistanın hərbi hərəkətlərindən narahatdır və hər iki ölkəni maksimum təmkinli olmağa çağırır.

Yaponiya Baş Nazirinin ofisi aprelin 22-də Hindistanın Kəşmirində törədilən terror aktını pisləyib, eyni zamanda mövcud vəziyyətin genişmiqyaslı hərbi münaqişəyə çevrilə biləcəyindən narahatlığını bildirib. Tokio hər iki tərəfi “dialoq yolu ilə vəziyyəti sabitləşdirməyə” çağırıb.

İsrailin Hindistandakı səfiri isə bəyan edib ki, İsrail Hindistanın özünümüdafiə hüququnu dəstəkləyir. O qeyd edib ki, “terrorçuların günahsız insanlara qarşı iyrənc hücumlarından gizlənəcək yerləri olmamalıdır”.

Son məlumatlara görə, Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində 26 nəfər ölüb, 46 nəfər yaralanıb, Pakistanın Hindistana cavab zərbələri nəticəsində 10 nəfər ölüb, 48 nəfər yaralanıb.

Seçilən
0
veteninfo.az

1Mənbələr