AZ

Belarus heyəti Qarabağın bərpasının tempindən heyrətə gəlib

Belarus nümayəndə heyəti Qarabağda aparılan bərpa işlərinin tempindən heyrətlənib.

“Report”un əməkdaşının məlumatına görə, bunu Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç bildirib.

"Bu gün biz bu ərazilərdə aparılan bərpa prosesi ilə tanış olduq, işlər aktiv şəkildə və innovasiyalardan istifadə edilərək aparılır. Sərmayələrin həcmi və görülmüş işlərin miqyası bizi heyrətləndirdi", - o bildirib.

V.İvankoviç həmçinin qeyd edib ki, Minsk avtomobil zavodu uzun müddətdir Azərbaycan bazarında mövcuddur.

"Azərbaycan müxtəlif istiqamətlər üzrə strateji tərəfdaşlardan biridir. Bizim Gəncə zavodu ilə maşınların yığılması və onlar üçün detalların tədarükü məsələsində yaxşı əməkdaşlığımız var", - o bildirib.

Seçilən
0
ekologiya.az

1Mənbələr