Deputatlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev və deputat Vüqar Rəhimzadə mayın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlarımız səfər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Səfər mayın 10-da başa çatacaq.