Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev və deputat Vüqar Rəhimzadə mayın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputatlarımız səfər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Səfər mayın 10-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31