Nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen icarə əsasında çıxış etdiyi "Qalatasaray"da qala bilər.
90deqiqe.Az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbul klubunun rəhbərliyi, afrikalı hücumçunu İtaliyanın “Napoli” klubundan almaq variantını nəzərdən keçirir. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Potensial müqavilənin dəyəri 66 milyon avro ola bilər. Bir illik kirayə üçün türklər, neapollulara doqquz milyon avro ödəyiblər.