“İnter”in hücumçusu Lautaro Martines klub tarixinə düşüb.
Msport.az xəbər verir ki, argentinalı forvard Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Barselona” ilə cavab oyununda fərqlənməklə bunu reallaşdırıb.
Matçda hesabı açan Martines cari mövsüm ÇL-dəki qol sayını 9-a çatdırıb. Bununla o, “İnter” tarixində bu turnirdə bir mövsümdə ən çox qol vuran Ernan Kresponun rekordunu təkrarlayıb. Lautaronun həmyerlisi 2002-03 mövsümündə Çempionlar Liqasında 9 dəfə fərqlənib.
Qeyd edək ki, “İnter” 4:3 hesablı qələbə qazanaraq, finala yüksəlib.