ABŞ-ın “Harry Truman” gəmisində olan daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb.
Herbiand.az bu barədə CNN-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, insidentə səbəb təyyarədaşıyıcının saxlama qurğusunun nasazlığı ola bilərdi. F/A-18 daşıyıcısına əsaslanan döyüş təyyarəsinin pilotu və atıcısı katapult ediblər. Onlar yüngül xəsarətlər alıblar və həyatları üçün təhlükə yoxdur.
Bu, son iki həftə ərzində Qırmızı dənizdə Amerikanın itirdiyi ikinci qırıcıdır.
Bəxtiyar CƏFƏRLİ