AZ

Bakıda “Mən Buradayam” Autizm Festivalı keçirilib

Paytaxt Bakıda "Mən Buradayam" Autizm Festivalı keçirilib. 
"Olaylar" xəbər verir ki, bu barədə  Azərbaycan Autizm Assosiasiyasının prezidenti, sabiq millət vəkili Jalə Əhmədova məlumat verib: "Aprel ayı dünyada Autizm Maarifləndirmə Ayı kimi qeyd olunur. Biz də İDDO Psixi Sağlamlıq Proqramı olaraq bu ayı bir sıra seminarlar, konfranslar və ictimai tədbirlərlə dəyərləndirdik. Ayın zirvəsi isə Milli Aviasiya Akademiyası ilə birgə təşkil etdiyimiz ənənəvi "Mən Buradayam" Autizm Festivalı oldu. Bu festival - autizmli uşaqların, onların qəhrəman valideynlərinin və illərdir bu sahəyə könül vermiş mərkəzlərimizin bir günlük bayramıdır. Əyləndik, güldük, dincəldik, musiqi ilə, rəqslə, sevgi ilə bir olduq. Dəyərli sənətçilərimizin ürəkdən iştirakı, dostlarımız olan sponsor şirkətlərimizin dəstəyi isə bu günü daha da unudulmaz etdi.
Xüsusi təşəkkürümüzü - dərin hörmət və ehtiramla - Milli Aviasiya Akademiyasının rektoru, elm və ziyalılıq simvolu olan Arif müəllim Paşayevə bildiririk.  Arif müəllimin festivalımıza göstərdiyi həssas münasibət, diqqət və qayğı bizi qürurlandırdı. Onun rəhbərlik etdiyi Milli Aviasiya Akademiyasının müəllim-tələbə kollektivi bu günlə bağlı öz peşəkarlığını və böyük ürəyini bir daha göstərdi. Səmimi təşəkkürlərimizlə - Biz Buradayıq! Biz Birlikdəyik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr